2016-cı ilin 29 iyul tarixində Naxçıvan Muxtar Respublikası Biznes Mərkəzində “30 iyul - İnsan alverinə qarşı beynəlxalq mübarizə günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

30.07.2016

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Biznes Mərkəzində 2016-cı ilin 29 iyul tarixində “30 iyul - İnsan alverinə qarşı beynəlxalq mübarizə günü”nə həsr olunan beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak konfransın açılışını edərək tədbirin keçirilməsində göstərilən yüksək təşkilati dəstəyə görə Muxtar Respublika rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakıdakı Nümayəndəliyinin rəhbəri Mikaela Meredis, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç, Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Şabadoş konfransda çıxış edərək insаn аlvеrinin mаhiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimаiyyətin diqqətinin qurbаnlаrın üzləşdiyi prоblеmlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixinin insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq keçirildiyini, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın ölkədə bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirdiyini, Azərbaycan hökumətini bu sahədə göstərdiyi səylərə görə dəstəklədiklərini, ABŞ-ın və Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizlə birgə insan alverinə qarşı mübarizə apardığını bildirdilər.

Daha sonra işini panel müzakirələri ilə davam etdirmiş konfransda Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin məsul əməkdaşları, hakimlər, yerli və xarici ekspertlər, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin və digər müvafiq qurumların nümayəndələri iştirak etmişlər.

Konfrans işini başa çatdırdıqdan sonra iştirakçılar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən qəbul edilmişdir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48