Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu

1965-ci ildə anadan olub. 1986-1988-ci illərdə həqiqi hərbi xidmət keçmiş, 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1989-cu ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 1993-2003-cu illərdə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi, 2005-2019-cu illərdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2019-cu ilin noyabr ayının 5-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmisdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni,  2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmiş, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medallarına və digər mükafatlara layiq görülmüşdür.

Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi mövcuddur.

Ailəlidir. Üç övladı var.


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Zeynalov Samir Məmmədhəsən oğlu

1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.

1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2000-2005-ci illərdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində, 2005-2006-cı illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, 2006-2011-ci illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2011-2015-ci illərdə isə şöbə rəisi vəzifələrində çalışmışdır.
 
2015-ci ilin yanvar ayının 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
 
Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülmüşdür.

Ailəlidir. İki övladı var.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48