AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 

QƏRAR № 008

12/01/2006 il
 
«İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə»nin təsdiq edilməsi haqqında


«İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə»nin təsdiq edilməsi haqqında

«İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.6-cı bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. «İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir.


İnsan alveri qurbanlarına kömək Fondu haqqında


Əsasnamə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə «lnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən və «İnsan alverinə qarşı mübarizə haqqmda» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.6-cı bəndinin icrası məqsədi ilə hazırlanmışdır və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək Fondunun fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
1.2. İnsan alveri qurbanlarına kömək Fondu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzdində yaradılır (bundan sonra - Fond) və fəaliyyət göstərir.
1.3. Fond insan alveri qurbanlarının zəruri xərclərinin ödənilməsi işlərinin maliyyələşdirilməsini həyata keçirir.
1.4. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasınm qanunlarını, digər müvafiq qanunvericilik aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.5. Fond qeyri-kommersiya qurumudur.
1.6. Fond müstəqil balansı, bank hesabları, üzərində Dövlət gerbinin təsviri, Azərbaycan və ingilis dillərində adı yazılmış möhürü, ştampı, blankları və digər atributlan olan hüquqi şəxsdir.
1.7. Fondun aparatının saxlanılması dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
1.8. Fond Bakı şəhərində yerləşir.

II. Fondun əsas vəzifəsi


2.1. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasında insan alveri qurbanlarının xərclərinin ödənilməsi, onlara yardım göstərilməsi və insan alveri qurbanlarınm sosial reabilitasiyası ilə bağlı digər işlərin öz səlahiyyətləri çərçivəsində maliyyələşdirilməsini təmin etməkdir.
2.2. Fond insan alveri qurbanlarının sosial müdafıəsinə dair normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsində və insan alveri qurbanlarınm sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi tədbirlərində öz səlahiyyətləri çərçivəsində iştirak edə bilər.
2.3. Fond könüllülük əsasmda vəsait cəlb edilməsi üçün kütləvi informasiya vasitəbrində təbliğat aparılmasını, daxil olmuş vəsaitin təyinatı üzrə bölüşdürülməsini həyata keçirir.
2.4. Fond ona həvalə olunmuş vəzifələri həyata keçirərkən dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşıhqlı əməkdaşlıq edir və fəaliyyətinin məqsədi haqqmda müvafıq məlumatlar verir.

III. Fondun hüquqları


3.1. Fond hüquqi şəxs kimi öz məqsədi və vəzifəsinə müvafıq surətdə və qüvvədə olan
qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqlara malikdir:
3.1.1. məhkəməbrdə iddiaçı və cavabdeh kimi çıxış etmək;
3.1.2. hüquqi və fıziki şəxslərlə qanunvericiliyə uyğun münasibətlər qurmaq;
3.1.3. Azərbaycan Respublikasmın dövlət bankında hesablar açmaq;
3.1.4. öz vəzifələrinə uyğun olaraq ölkədə və xaricdə seminarlarda və digər tədbirbrdə iştirak etmək.

IV. Fondun vəsait mənbəyi


4.1. Fondun vəsaiti qanunvericilikb müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə müsadirə olunmuş və Fondun hesabına keçirilmiş insan alverindən əldə edilmiş bütün əmlakdan (daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və sair əmlak) ibarətdir.
4.2. Hüquqi şəxs (onun fılialı, nümayəndəliyi) insan alveri ilə əlaqəsinə görə bğv edilərkən, ona mənsııb olan vəsait məhkəmənin qərarı ilə Fondun hesabına keçirilir.
4.3. Idarə, müəssisə və təşkilatlar, fıziki şəxslər və beynəlxalq qurumlar Fonda ianələr və qrantlar verə bilər.

V. Fondun vəsaitinin yönəldilməsi


5.1. Fondda toplanmış vəsaitlər aşağıdakı məqsədlərə yönəldilir:
5.1.1. insan alveri qurbanlarına kompensasiyaların ödənilməsinə;
5.1.2. insan alveri qurbanlarının sosial reabilitasiyasma;
5.1.3. insan alveri qurbanlarına tibbi və digər zəruri xərclərin ödənilməsinə;
5.1.4. məhkəmənin qərarına əsasən insan alveri qurbanlarına dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə.
5.2. Fondun vəsaitlərinin idarə edilməsində və xərclənməsində şəffaflıq təmin edilir. Bu sahədə görülən tədbirlər və onların nəticəsi barədə məlumatlar dərc edilməsi üçün kütləvi informasiya vasitələrinə verilir.
5.3. Hər bir insan alveri qurbanmın müvafıq xərclərinin ödənilməsinə dair Fondun hesabından xərclənmiş vəsaitin qeydiyyatı aparılır.
5.4. Qeydiyyatm düzgün, dolğun və obyektiv aparılması üçün Fondun sədrinin əmri ilə məsul şəxs təyin edilir və xüsusi qeydiyyat kitabı açılır. Qeydiyyat kitabı Azərbaycan Respublikasmın qanunvericiliyi ilə nəzərdə tutulmuş kargüzarlıq qaydalarına uyğun aparılmahdır.
5.5. Qeydiyyat kitabmda Fondun hesabmdan vəsait xərclənmiş hər bir insan alverinin qurbanı barəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
5.5.1. adı, soyadı və atasının adı;
5.5.2. doğulduğu il və yer;
5.5.3. yaşadığı ünvan;
5.5.4. xərclənmiş vəsaitin məbləği.
5.6. İnsan alveri qurbanlarına Fondun hesabından vəsaitin ödənilməsi barədə xüsusi blank tərtib
edilir. Blankda aşağıdakılar göstərilir:
5.6.1. Fondun adı və ünvanı;
5.6.2. vəsait alan insan alveri qurbanmın adı, soyadı və atasının adı;
5.6.3. ödənilməli olan vəsaitin məbləği;
5.6.4. vəsaiti ödəməli olan bankm (onun filialı və ya şöbəsinin) adı və ünvanı;
5.6.5. blankın verilmə tarixi.
5.7. Blank Fondun sədri və mühasibi tərəfındən imzalanır və möhürlə təsdiq edilir.
5.8. Insan alveri qurbanları tərəfındən təqdim edilən müvafıq sənədlər, habelə insan alveri qurbanlarına Fondun hesabmdan vəsaitin ödənilməsi barədə tərtib edilmiş xüsusi blank qovluqda saxlanılmalıdır. Göstərilən sənədlərin saxlanılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş kargüzarlıq qaydalarma uyğun aparılmalıdır.
5.9. Fondun bütün xərcləri Fondun sədri tərəfindən təsdiq edilən xərclər proqramı çərçivəsində həyata keçirilir.
5.10. Fondun hesabları üzrə pul vəsaitlərinin verüməsi və köçürülməsi Fondun sədri tərəfındən həyata keçirilir. 5.11. Fond qeyri-kommersiya qurumu kimi maliyyə vəsaitbrini yalnız öz məqsədinə uyğun olan fəaliyyəti həyata keçirməyə sərf edə bilər. Fondun bilavasitə öz məqsədi ilə bağlı olmayan kommersiya fəaliyyəti qadağandır.

VI. Fondun strukturu və idarə edilməsi


6.1. Fondun strukturu və ştat sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfmdən təsdiq edilir.
6.2. Azərbaycan Respublikasmın daxili işlər naziri Fondun sədrini işə təyin və işdən azad edir.
6.3. Fondun sədri aşağıdakıları həyata keçirir:
6.3.1. Fondun fəaliyyətini təşkil edir;
6.3.2. hüquqi və fıziki şəxslərlə münasibətlərdə Fondu təmsil edir;
6.3.3. Fondun vəsaitləri də daxil olmaqla Fondun əmlakı ilə bağlı verilmiş sərəncamın icrasmı həyata keçirir;
6.3.4. Fondun cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncamlar verir;
6.3.5. əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələri bağlayır və onlara xitam verir;
6.3.6. Fondun adından tələb və iddialar irəli sürür;
6.3.7. Fondun vəsaitinin istifadə olunması ilə bağlı xərclər smetasının layihəsini hazırlayır və təsdiq edir;
6.3.8. Fondun fəaliyyəti ilə bağlı zəruri analitik sənədlər, habelə daxil olmuş vəsaitin təyinatı üzrə düzgün və səmərəli istifadə olunması barədə arayışlar hazırlayır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;
6.3.9. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafıq olaraq digər səlahiyyətləri həyata keçirir.
6.4. Fondda müəyyən edilmiş qaydada uçot və hesabat apanlmasına və onun dürüstlüyü üçün Fondun sədri məsuliyyət daşıyır.

VII. Fondun məsuliyyəti


7.1. Dövlət Fondun, öz növbəsində Fond da dövlətin üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımır.
7.2. Dövlət Fondun qanuni mənafelərinin qorunmasım təmin edir və onun fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılmasına təminat verir.

VIII. Fondun yenidən təşkili və ləğv edilməsi


8.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarına əsasən mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
8.2. Fond ləğv edildikdə, onun qalan əmlakı dövlətin sərəncamına keçir

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48