İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün xüsusi müəsissə - s ı ğ ı n a c a q üçün 3 mərtəbəli bina ayrılmış, təmir edilmiş və beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla təchiz edilmiş, 2006-cı ildə ABŞ Səfirliyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Nümayəndəliyinin rəhbərlərinin iştirakı ilə açılmışdır.

Sığınacaq DİN-in İAQMBİ tərəfindən idarə olunur, orada ayrı-ayrı QHT-lərin nümayəndələri çalışırlar.


Sığınacağın təyinatı və əsas funksiyaları:


Sığınacağın təyinatı insan alveri qurbanlarının müdafiəsini və müvəqqəti yaşamasını təmin etməkdən ibarətdir.

Sığnacağın əsas funksiyaları aşağıdakılardır:

  • İnsan alveri qurbanlarını, ehtimal olunan qurbanları və şahidləri müdafiə etmək;
  • İnsan alveri qurbanlarına, ehtimal olunan qurbanlara köməklik göstərmək;  
  • İnsan alveri qurbanlarının, ehtimal olunan qurbanların lazımi ehtiyaclarını təmin etmək;
  • İnsan alveri qurbanları, ehtimal olunan qurbanlar və şahidlər üçün təhlükəsiz mühit yaratmaq;
  • İnsan alveri qurbanlarını və ehtimal olunan qurbanları qida və dərman preparatları ilə təmin etmək;   
  • İnsan alveri qurbanları, ehtimal olunan qurbanlar üçün layiqli həyat və yaşayış şəraitini yaratmaq; 
  • İnsan alveri qurbanlarını və ehtimal olunan qurbanlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardım göstərmək;
  • İnsan alveri qurbanları və ehtimal olunan qurbanlar barədə reabilitasiya və reinteqrasiya tədbirlərinin həyata keçirilməsi üçün əlverişli şəraiti, öz repatriasiyasını gözləyən qurbanlar, habelə sübutlar təqdim edən şahidlər üçün təhlükəsiz mühiti təmin etmək.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48