İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir.

Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə Milli Koordinator tərəfindən həmin qurumların fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir.

Milli Koordinator insan alveri ilə bağlı cinayətlərlə əlaqədar əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin daha səmərəli surətdə həyata keçirilməsi məqsədilə təhlükəsizlik, sərhəd xidməti, polis, prokurorluq orqanları, məhkəmələr, digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurur.

Milli Koordinatorun funksiyaları Milli Fəaliyyət Planı ilə müəyyən edilir.

Milli Koordinator Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim edir.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2014-cü il tarixli, 667 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qurumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48