Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “ Q a y  n a r   x ə t t ” (tel: 152 və 562-21-12) 2007-ci ilin oktyabr ayından fəaliyyətə başlamışdır.

152 “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir.

“Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.

“Qaynar xətt” zəng edən abonentlərin konfidensiallığını təmin edir. İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

“Qaynar xətt”in fəaliyyətinə nəzarət insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator tərəfindən həyata keçirilir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48