Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq

 

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununun 4-cü maddəsinə əsasən insan alverinə qarşı mübarizə fəaliyyəti bu işə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi prinsipinə əsaslanır və Qanunun 10-cu maddəsinə əsasən dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər.

İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, eləcə də insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu olan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurmuş, 27 iyul 2013-cü il tarixdə Daxili İşlər Nazirliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında 2013-2018-ci illəri əhatə edən ikinci Anlaşma Memorandumu Milli Koordinator tərəfindən imzalanmışdır.

“İnsan alverinə qarşı mübarizə haqqında” 10-cu maddəsinə əsasən insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları aşağıdakı istiqamətlərdə fəaliyyətə cəlb edilirlər:

  1. insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işləri;
  2. insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi;
  3. insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-2015-ci illərdə “İnsan alveri ilə bağlı qiymətləndirmənin təşkili və bu sahədə mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər” istiqaməti üzrə müxtəlif qeyri-hökumət təşkilatlarının təqdim etdiyi ümumilikdə 46 layihəyə  338.650 AZN vəsait ayırmışdır.

Bundan başqa Milli Koordinator tərəfindən hər il insan alverinə qarşı mübarizə fəaliyyəti üzrə aktiv olan qeyri-hökumət təşkilatları mükafatlandırılır. Belə ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu “İnsan alverinə qarşı mübarizə haqqında” 10.2-ci maddəsində nəzərdə tutulan məqsədlər üçün zəruri ehtiyacları Milli Koordinatorla birlikdə müəyyən edərək qrantlar verə bilər.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın aşağıdakı bəndləri üzrə tədbirlərin icrasında qeyri-hökumət təşkilatlarının iştirakı nəzərdə tutulur:

  • 2.3. İnsan alverinə qarşı mübarizəyə dair elmi və sosial tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi üçün sorğu və sair tədbirlərin həyata keçirilməsi;
  • 4.6. İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması işinin davam etdirilməsi;
  • 5.6. Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlər görülməsi;
  • 7.3. Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının resurslarından, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi;
  • 8.2. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi;
  • 8.3. Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində aidiyyəti qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi;
  • 9.1. Ölkəyə daxil olan şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görülməsi;
  • 9.2. İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması məqsədi ilə hazırlanmış maarifləndirici vəsaitlərin sərhəd və gömrük keçid məntəqələrində paylanılması;
  • 9.3. İnsan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamların, çarxların, qısametrajlı filmlərin çəkilməsi, verilişlərin hazırlanması və nümayiş etdirilməsi, bukletlərin hazırlanması və əhaliyə paylanılması;
  • 9.6. Uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işlərinin aparılması.

  

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ QHT KOALİSİYASI:

  1. “XXI Əsrin Qadınları” İctimai Birliyi
  2. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
  3. “Azərbaycan Uşaqlar Birliyi”
  4. «Тəmas» Regional İnkişaf İctimai Birliyi (QHT Koalisiyasına daxil deyil)
  5. “Sosial Təşəbbüslər Mərkəzi”
  6. “Polisə Dəstək” İctimai Birliyi
  7. “Qadınlar Sülh Uğrunda” İctimai Birliyi
  8. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi
  9. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi
  10. “İqtisadi-Hüquqi Maarifçilik Mərkəzi”
  11. “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi”
  12. “Nur” Vətəndaş Təhsili Mərkəzi
  13. “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”
  14. “XXI Əsrin Gəncləri” İctimai Birliyi
  15. “Gəncliyin Şöləsi” Genderin İnkişafı İctimai Birliyi
  16. “İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyi
  17. “Ümidli Gələcək” Gənclər Təşkilatı
  18. “Dan” Beynəlmiləlçi Gənclər Təşkilatı
  19. "Hüquqi Yardım" İctimai Birliyi
  20. “Gənclər üçün Təhsil Mərkəzi”
  21. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi
  22. “Valideyn-Müəllim” Assosiasiyası
  23. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
  24. “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi”
  25. “Demokratik Jurnalistlər Liqası”
  26. “Demokratik Cəmiyyətin İnkşafina Yardim” İctimai Birliyi
  27. “Gənc Hüquqşünaslar Birliyi”
  28. “Sahibsiz Uşaqlara Yardım” İctimai Birliyi
  29. “Demokratiya və Qadın” İctimai Birliyi
  30. “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyi
  31. “Universitet Təhsilli Qadınlar” İctimai Birliyi
  32. “Lider Qadınlar” İctimai Birliyi
  33. “Vətəndaş Tribunası” İctimai Birliyi
  34. “Saf Həyat Naminə” Gənclər İctimai Birliyi
  35. “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkşafı” İctimai Birliyi
  36. “Müasir Ailə Tədqiqatları” İctimai Birliyi
  37. “Şirvan Resurs Mərkəzi - Sağlam Mühit Gənclərin İnkişafına Kömək”
  38. “Milli QHT Forumunun Qəbələ Resurs və Təlim Mərkəzi”
  39. “Yaddaş” İctimai Birliyi - Şəki
  40. “Milli QHT Forumunun Zaqatala Resurs və Təlim Mərkəzi”
  41. “Sahibkarlar Konfederasiyasının Quba Regional Nümayəndəliyi”
  42.  “Gələcəyin Üfüqləri” İctimai Birliyi - Qazax
  43.  “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
  44.  “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyi

 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48