İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ
SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

 

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

İnsan alveri ilə bağlı cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

İnsan alverçiləri və insan alveri ilə bağlı əməllərin törədilməsində iştirak edən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə verilə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2014-cü il tarixli, 667 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün aşağıdakılar qarşıya məqsəd kimi qoyulmuşdur:

İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi təmin ediləcəkdir.

2008-ci il noyabrın 17-də Azərbaycan Respublikasının qoşulduğu “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi və şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması məqsədi ilə həssas qrupa aid olan qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər görüləcəkdir.

Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər gücləndiriləcəkdir.

Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin hüquq mühafizə və başqa dövlət orqanları ilə, habelə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir.

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi davam etdiriləcəkdir.

İnsan alvеrinə qarşı mübarizə sahəsində qanunvеriciliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla yaxından əməkdaşlıq edəcəkdir.

İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflər verilməsi nəzərdə tutulur.

İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələsi Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər planında aşağıdakı kimi nəzərdə tutulmuşdur: 

Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı

TƏDBİRLƏR PLANI:

Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

(illər üzrə)

13.8. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi

13.8.1.

İnsan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin aidiyyəti orqanları ilə və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.8.2.

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi

Daxili İşlər Nazirliyi

mütəmadi

13.8.3.

Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində aidiyyəti qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

13.8.4.

İnsan alveri cinayətlərinin qarşısının alınması mövzusu üzrə beynəlxalq tədbirlərin keçirilməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər aidiyyəti dövlət orqanları

2016-2017

13.8.5.

İnsan alvеrinə qarşı mübarizə sahəsində qanunvеriciliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış İşçi Qrupunun dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığının gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

mütəmadi

13.8.6.

İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, həmçinin yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli məqsədilə təkliflər verilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

2014-2016

13.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri

13.1.1.

Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn tələblər nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

2014-2016

13.1.2.

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi üçün tədbir görülməsi

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi

2016

13.2.4.

Uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

mütəmadi

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48