Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.2.3-cü yarımbəndinə əsasən ictimai rəyin öyrənilməsi məqsədilə Baş İdarənin internet səhifəsi vasitəsilə keçirilən SORĞU


Səhifənin sonunda olan sorğular üzrə rəyinizi bildirməniz bizim üçün əhəmiyyətlidir.


Azərbaycan Respublikası tərəfindən 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında Protokolun, habelə 2002-ci il sentyabrın 20-də qəbul edilən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəalarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli, 208 nömrəli Sərəncamı ilə 2004-2008-ci illər üçün ilk Milli Fəaliyyət Planı qəbul edilmişdir.

Bu Milli Fəaliyyət Planının qəbul edilməsi 28 iyun 2005-ci il tarixində “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə səbəb olmuş və beləliklə də 30 sentyabr 2005-ci il tarixdə qəbul edilmiş digər Qanunla insan alveri və məcburi əmək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1 və 144-2-ci maddələrində müstəqil cinayət növü kimi təsbit edilmişdir.

İNSAN ALVERİ - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

Uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.


İNSANLARIN İSTİSMARI dedikdə AŞAĞIDAKILAR BAŞA DÜŞÜLÜR:

Məcburi əmək (xidmət) - qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi
Cinsi istismar - şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi
Köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti - şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi;
İnsan orqanlarının və toxumalarının qanunsuz çıxarılması
Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması
Qadının surroqat ana kimi istifadə edilməsi
Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi



İNSAN ALVERİNİN QURBANI - İNSAN ALVERİNDƏN ZƏRƏR ÇƏKMİŞ, YAXUD ZƏRƏR ÇƏKMƏSİ
EHTİMAL OLUNAN ŞƏXSDİR!

İnsan alveri qurbanlarının əlamətləri:

Öz hərəkətlərinin nəzarət altında olduğunu, hərəkət azadlığının olmadığını və ya məhdud olduğunu düşünür;
Qorxu və narahatlıq hissləri keçirir;
Daim və ya bəzən özü, ailə üzvləri, yaxınları zorakılığa, yaxud zor tətbiq etmə hədəsinə məruz qalır;
İstismara, zorakılığa və ya hərəkət azadlığını məhdudlaşdıran təsir tədbirlərinə məruz qalmaya xarakterik olan xəsarətlərdən əziyyət çəkir;
Dövlət orqanlarına təhvil verilməsi hədəsi ilə üzləşir;
Digər şəxslərdə saxlanıldığına görə özündə şəxsiyyəti təsdiq edən, yaxud yol sənədləri olmur və ya saxta sənədlərə malik olur;
Yerli dili, yaşadığı və ya işlədiyi yerin ünvanını bilmir;
Digər şəxslərin göstərişləri üzrə hərəkət edir, onların müəyyən etdiyi şərtlərlə işləyir, gördükləri iş müqabilində çox az və ya heç bir gəlir əldə etmir;
Ümumyaşayış normalarına cavab verməyən şəraitdə yaşayır;
Tibbi, sosial xidmətdən yararlanma imkanları, həmçinin öz ailə üzvləri və digər yaxınları ilə əlaqələri məhdud olur.




1. Azərbaycan Respublikasında həyata keçirilən insan alverinə qarşı mübarizə fəaliyyətindən razısınız?


2. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində QHT-lər kifayət qədər aktivdirlər?


3. Aşağıdakılardan hansı insan alverinin formasıdır?


4. İnsan alverini ictimai mənəviyyat əleyhinə olan cinayətlərdən fərqləndirən cəhət hansıdır?


Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48