Maaraifləndirmə tədbirləri keçirilib

23.10.2023

Sentyabr-oktyabr aylarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı və İnsan Alverinə qarşı QHT Koalisiyasının əməkdaşları tərəfindən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən 11 Peşə lisey və məktəblərinin müəllim və tələbələrinin iştirakı ilə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə iki mindən artıq tələbə və müəllim iştirak edib, onlara insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.
Maraqla qarşılanan tədbirlərdə mövzular ətrafında verilən çoxsaylı suallar cavablandırılıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48