Könüllülərlə maarifləndirmə tədbiri keçirilib

17.10.2023

Oktyabrın 14-də 6 saylı Bakı “Asan xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “İnsan alverinə qarşı mübarizə” mərkəzinin 50 nəfər könüllüsü üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirilib.

Təlimdə DİN-in İAQMBİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə və inspektor-tərcüməçi polis leytenantı Kamil Abdullayev iştirak ediblər.

Polis polkovnik-leytenanı Vamiq Naməndzadə tərəfindən təlimdə insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə fəaliyət göstərən cinayət təqibi orqanının səlahiyyətləri, qarşılıqlı işi, müvafiq sahədə preventiv, müdafiə etmə tədbirlərinin icra mexanizmi, 152 saylı qaynar xətt, qarşıda duran vəzifələr və onların həlli yolları barədə xüsusatlar barədə geniş məlumat verildi və çoxsaylı suallar cavablandırılıb.

Işgüzar şəraitdə keçirilən tədbirdə və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48