Təmsilçimiz konfransda iştirak edib

16.10.2023

Oktyabrın 10-11-də Avstriya Respublikasının Vyana şəhərində Miqrasiya Siyasətinin İnkişafı Üzrə Beynəlxalq Mərkəzin (MSİÜBM) təşkilatçılığı ilə Vyana Miqrasiya Konfransı keçirilib.

Konfransda Daxili İşlər, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) aparatının və ölkəmizin Vyanadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

MSİÜBM-nin baş direktoru Michael Spindelegger iştirakçıları salamlayaraq, tədbirin işi barədə ətraflı məlumat verib.

Tədbirdə bir sıra xarici dövlətlərin aidiyyatı qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayevin qatıldığı tədbirin sonunda iştirakçılara müvafiq tövsiyələr verilib.

Tədbir səmimi və işgüzar şəraitdə keçirilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48