Əməkdaşlarımız Belarus Respublikasında səfərdə olub

09.10.2023

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov, şöbə rəisi, polis mayoru Nadir Məmmədov və İnsan Alverinə qarşı Mübarizə Baş idarəsinin şöbə rəisi, polis polkovniki Samir Qarayev bu yaxınlarda Belarus Respublikasının Minsk şəhərində işgüzar səfərdə olubar.

Belarus Respublikasının Daxili İşlər Nazirliyində Narkotiklərin Qanunsuz Dövriyyəsi və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarələrinin rəhbərliyi ilə keçirilən görüşdə fikir mübadiləsi aparılıb.
Daha sonra təmsilçilərimiz Koreliçsk Rayon Daxili İşlər Şöbəsinin narkotiklərin qanunsuz dövriyyəsi və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyəti ilə tanış olublar.

Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Akademiyasında rəhbərliklə keçirilən görüşdə nümayəndə heyətinə təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verilib.
Daha sonra təmsilçilərimiz Minsk şəhər Daxili İşlər Baş İdarəsində olublar.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48