Turizm sektorunda çalışanlar üçün təlim keçirilib

09.10.2023

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planının tələblərinə uyğun olaraq oktyabrın 5-6-da hotel, turoperator və turizm agentliklərinin nümayəndələri üçün təlim keçirilib. Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə iştirak edib.

Polis polkovnik-leytenanı V.Naməndzadə ölkəmizdə fəaliyyət göstərən 30 turoperator, 20 hotel və turizm agentliklərinin nümayəndələri üçün “Qanunvericilik, insan alverinə qarşı mübarizə fəaliyyətində qarşılıqlı əlaqənin təşkili və bu sahədə milli fəaliyyət planları” mövzusunda maarifləndirici təlimdə təqdimatla çıxış edib.

Təlimdə insan alverinə qarşı mübarizə üzrə cinayət təqibi orqanının, xüsusən DİN-in və onun struktur qurumlarının səlahiyyəti, qarşılıqlı işi, müvafiq sahədə preventiv, müdafiə etmə tədbirlərinin icra mexanizmi, müvafiq sahədə turizm sektorunda xidmət edənlərin rolu barədə xüsusatlar tədris olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin təşkilatçıları və iştirakçılar keçirilmiş təlimə və təqdim olunan məlumatlara görə minnətdarlıqlarını bildiriblər.
Ümumilikdə təlim işgüzar şəraitdə keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48