DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir

02.10.2023

Sentyabrın 28-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyinin Pleven Polis İdarəsinin ağır cinayətlərinin baş əməliyyat müvəkkili Aleksandr Atasanovla görüş keçirilmişdir.

Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Ramil Kazımov, həmin şöbənin əməkdaşı, polis leytenantı Kamil Abdullayev və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə qonaqlara Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə strategiyası – insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması üzrə profilaktiki iş; insan alveri cinayətlərinə qarşı cinayət təqibi, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi, insan alverindən zərərçəkmiş və zərərçəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi və sair tədbirlər barədə geniş məlumat verilmişdir.

Görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48