9 iyun 2017-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin heyəti və ABŞ Dövlət Departamentinin mütəxəssisi ilə görüş keçirilmişdir.

09.06.2017

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin insan alveri və məcburi əməyə dair layihələrinin səmərəliliyini, perspektivlərini müzakirə etmək məqsədilə Təşkilatın rəhbəri Serhan Aktoprakın başçılıq etdiyi nümayəndə heyətini və ABŞ Dövlət Departamentinin Narkotiklər və hüquq-mühafizəyə dair beynəlxalq məsələlər üzrə Bürosunun Avropa və Asiya üzrə Ofisinin Xarici Məsələlər üzrə mütəxəssisi xanım Danielle Bayarı 9 iyun 2017-ci il tarıxdə Baş İdarədə qəbul etmişdir.

Görüşdə qonaqlar ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində və qeyd edilən layihə üzrə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumatlandırılmış, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48