DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

14.07.2015

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev ABŞ-ın Bakıdakı Səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətini 2015-ci il 14 iyul tarixində Baş İdarədə qəbul etmişdir.
 
Görüşdə insan alverinə qarşı mübarizə sahəsi üzrə gələcək əməkdaşlıq, təlim və texniki yardım layihələri müzakirə edilmiş, bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlər qonaqlar tərəfindən xüsusilə vurğulanmış, təcrübə mübadiləsi məqsədilə Gürcüstan və Mərkəzi Asiya ölkələrinin ixtisaslaşmış hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Bakı şəhərində regional təlimin keçirilməsi üzrə fikir mübadiləsi aparılmışdır.
Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48