Avropa Şurasının İnsan Alverinə qarşı mübarizə üzrə ekspertləri ölkəmizə səfərə gəliblər

06.09.2022

Avropa Şurasının İnsan Alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) ekspertləri Georgios Vanikiotis, İa Dadunaşvili, GRETA Katibliyinin nümayəndələri Mesut Bedirhanoğlu və Pərvinə Qədəmi Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Azərbaycan Hökuməti tərəfindən icra vəziyyətinin 3-cü qiymətləndirilməsi mərhələsi çərçivəsində sentyabrın 5-də ölkəmizə işgüzar səfərə gəliblər.

Daxili işlər nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Seyfulla Əzimov qonaqlarla görüşüb, son 5 il ərzində insan alverinə qarşı mübarizə sahəsində mövcud qanunvericilik və əldə olunmuş nəticələr barədə geniş məlumat verib.
Daha sonra qonaqlar Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə Baş İdarəsi, İNTERPOl-un Milli Mərkəzi Bürosu, Baş İctimai Təhlükəsizlik İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşları ilə görüşüblər. İnsan alverinə qarşı mübarizə istiqamətində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və mövcud problemlər barədə ekspertlər tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb. Qonaqlar bu sahədə görülmüş işləri yüksək qiymətləndiriblər.
Görüş səmimi və işgüzar şəraitdə keçirilib.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48