152
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Allazov Rüfət Vaqif oğlu
1982-ci ildə Rusiya Federasiyasında anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir.
2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət etmiş, 2022-2025-ci illər ərzində DİN-in Katibliyinin rəis müavini və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifələrində işləmişdir.
2025-ci ilin dekabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, bir övladı var.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Səfərov Emil Nizami oğlu
1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir.
2005-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın ərazi polis orqanlarının və Daxili İşlər Nazirliyinin aparatının cinayət axtarışı qurumlarında əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifələrində xidmət etmiş, 2020-2025-ci illər ərzində şöbə rəisi vəzifəsində işləmişdir.
2025-ci ilin dekabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, iki övladı var.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48