16.02.2023
Fevralın 15-də DİN-ə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində şəhər, rayon polis orqanlarının əməliyyat müvəkkillərinin iştirakı ilə yenidənhazırlanma kursu təşkil edilib.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə “İnsan alveri problemlərinin mahiyyəti. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası”, “İnsan alveri cinayətlərinin profilaktikası və açılmasında DİO-nun əlaqədar xidmətlərinin qarşılıqlı fəaliyyətinin təşkili” mövzularında mühazirə ilə çıxış edib.
Yenidənhazırlanma kursunda Respublikanın müxtəlif rayonlarında xidmət edən 20 əməliyyat müvəkkili təmsil olunub.
Keçirilmiş tədbirdə dinləyicilərə insan alverinin profilaktikası, onun mahiyyəti, doğurduğu təhlükələr, həyata keçirilən mübarizə fəaliyyəti, dövlət tərəfindən təmin edilən inzibati, cinayət-hüquqi, müdafiə və digər tədbirlər barədə məlumat verilib.
Sonda dinləyicilərin sualları cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48