Baş İdarədə görüş keçirilib

15.02.2023

Fevralın 14-də insan alveri sahəsində beynəqlxalq ekspert Valbona Lenja ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilib.
Görüşdə BMqT-nin layihə rəhbəri Tatyana Veriqo, layihə köməkçisi Anar İskəndərov, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Samir Qarayev, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli, İnsan alveri qurbanları üçün sığınacağın direktoru Gülayə Səfərova, insan alverindən zərərçəkmiş şəxslərə, insan alverinin ehtimal olunan və potensial qurbanlarına xidmət edən 152 yardım telefon “Qaynar xətt”-in direktoru Gunay İbrahimova, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş inspektor-tərcüməçisi, polis mayoru Vaqif Əzizov iştirak ediblər.
Görüş zamanı ölkəmizdə insan alverinə qarşı mübarizə fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48