22.07.2020
20-22 iyul 2020-ci il tarixlərdə Avstriyanın Vyana şəhərində keçirilmiş ATƏT-in “Cəzasızlığa son vermək: İnsan alverinin cinayət təqibi vasitəsilə ədalətin təmin edilməsi” mövzusunda 20-ci Alyans Konfransında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı videkonfrans formatında iştirak etmişdir.
İclasın açılış panelində konfransı çıxış nitqi ilə ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Valiant Riçi başlayaraq, insan alverinin cinayət təqibi, uşaq alveri, qabaqlayıcı tədbirlər, qurbanların hüquqlarının qorunması, habelə onlara müvafiq yardımların göstərilməsi və tərəfdaşlıq məsələlərinin önəmini xüsusilə qeyd etmişdir.
İclasda çıxış edən müxtəlif ölkələrin nümayəndələri tərəfindən insan alverinin cinayət təqibi, məhkəmələrdə insan alverçilərinə çıxarılan hökmlər, uşaq alveri, uşaqların qanunsuz miqrasiyası, müşayiət olunmayan və qeydiyyata alınmayan uşaqlara münasibətdə mövcud problemlər müzakirə olunmuşdur.
Tədbir səmimi və işgüzar şəraitdə keçirilmişdir.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48