21.06.2016
2016-cı il iyun ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1969-cu il təvəllüdlü, Quba şəhər sakini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə məhkumluğu olan Qurbanova Elvira Şamil qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48