2024-cü ilin 13-15 may tarixlərində Gəncə, Goranboy və Tovuzda tədbir keçirilib

23.05.2024

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi, eləcə də “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2 və 4.8-ci yarımbəndlərinin icrası ilə bağlı maarifləndirmə tədbirləri təşkil edilib.
Belə tədbirlərdən biri də, 13-15 may 2024-cü il tarixlərdə Gəncə, Goranboy və Tovuz rayonunun Qovlar şəhərində təşkil edilmişdir.

Qeyd olunmuş şəhərlərlərin İnteqrasiya təlimli internet tipli gimnaziyalarının müəllim və şagird kollektivi ilə insan alverinə qarşı mübarizə, insan alveri qurbanına çevrilməmə və bu kimi mövzularda maarifləndirmə tədbirlərində 200 dən artıq şəxs iştirak etmişdir.
Tədbirlərdə təlimçi qismində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Elşad Məmmədli və “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova iştirak etmişdir.
İştirakçılara “İnsan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilmiş, müzakirələr aparılmış, auditoriyanın sualları ətraflı cavablandırılmış, hər bir gimnaziyaya insan alverinə dair bukletlər paylanılmışdır.

Maarifləndirmə tədbiri iştirakçıların marağına səbəb olmuşdur.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48