“İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda 16-18 may 2024-cü il tarixlərdə Lənkəran və Lerik şəhərlərində maarifləndirmə tədbirləri keçirilib

23.05.2024

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.6 və 11.2.9-cu maddələrinə, Daxili İşlər və Təhsil nazirliklərinin Birgə Tədbirlər Planına və DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Ə8-017-19 nömrəli 08.05.2019-cu il tarixli əmrinə əsasən “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda 2024-cü ilin 16 - 18 may tarixlərində Lənkəran və Lerik şəhərlərində maarifləndirmə tədbiri təşkil edilmişdir.
Keçirilmiş tədbirlərdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə və “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev tərəfindən Lənkəran şəhərində yerləşən Xarici Dil Təmayüllü Gimnaziya, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi İnternat Məktəbi və Lerik şəhərində yerləşən V.İbrahimov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təşkil edilmiş maarifləndirmə tədbirlərində iştirak edən 300-dən artıq müəllim və tələbələrə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, insan alverinin doğurduğu təhlükələr və bu cinayətdən qorunmaq mövzularında maarifləndirici mühazirə oxundu, onlarla müvafiq sahədə söhbətlər aparıldı.
Mövzu ilə bağlı dinləyicilərə geniş və ətraflı məlumat verildi, maarifləndirici bukletlər paylanıldı və iştirakçılar tərəfindən verilən çoxsaylı suallar ətraflı şəkildə cavablandırıldı.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48