Noyabrın 21-dən 23-dək Fransanın Lion şəhərində İNTERPOL-un İnsan alveri və Miqrant qaçaqçılığı Üzrə Ekspertlər Qruplarının 11-ci Konfransı keçirilib

07.12.2023

Konfransda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Füzuli Hümbətov və Azərbaycan Respublikasında DİN-in İNTERPOL-un Milli Mərkəzi Bürosunun Təşkilati Analitik Şöbəsinin inspektoru Qubad Dadaşzadə iştirak ediblər.

Tədbir zamanı bir sıra xarici dövlətlərin aidiyyatı qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən təqdimatlar edilərək insan alverinə qarşı mübarizə sahəsində müzakirələr aparılıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48