Cinayət cəzasız qalmadı

30.11.2023

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Aləmzar Kazımovanın qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif vaxtlarda qadınları tamah niyyəti və aldatma yolu ilə zəiflik vəziyyətindən, hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar etmək məqsədilə dövlət sərhədindən keçirməklə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla insan alveri, həmçinin insan alveri məqsəd ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətməsi aşkar edilib. Faktla bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində istismar faktı ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.Kazımovanın əməlləri sübuta yetirilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48