24.11.2023
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qurbanova Gülsevər Aslan qızının müxtəlif vaxtlarda qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirməklə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətməsi aşkar edilmiş, faktla bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. İstismar faktı ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2,144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılmış, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Məhkəmənin hökmü ilə G.Qurbanovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48