30.05.2023
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən insan alverinə qarşı mübarizə sahəsində layihələrin maliyyələşdirilməsi məqsədilə 2023-cü il kiçik qrant müsabiqəsi keçirilib.
10 qalib QHT-nin layihələri Agentlik tərəfindən 87 min manat məbləğində maliyyələşdirilib.
İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları belə cinayətlərin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, onlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, hüquqi yardımın göstərilməsinə və sosial reabilitasiyasına cəlb edilirlər.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, eləcə də insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu olan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurub.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48