Onlayn seminar keçirilib

13.04.2023

Aprelin 12-də Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) tərəfindən MİEUX+ layihəsi çərçivəsində “İnsan alverinə qarşı mübarizədə QHT-lərin rolu: Yunanıstandan öyrənilmiş dərslər” mövzusunda onlayn seminar keçirilib.

Seminarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları- polis polkovniki Samir Qarayev, polis polkovnik-leytenantı Vamiq Naməndzadə, polis mayorları Söhrab Orucov və Ruslan Əliyev, eləcə də Baş İdarə ilə əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbirdə Baş İdarənin şöbə rəisi Samir Qarayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəsi Məryəm İsmayılova, ICMPD-nin Azərbaycandakı rəhbəri Səltənət Məmmədova və layihənin koordinatoru Anna Melençuk açılış nitqləri ilə çıxış ediblər.

Seminar zamanı “İnsan alverinə qarşı mübarizədə QHT-lərin rolu: Yunanıstandan öyrənilmiş dərslər” mövzusunda Yunanıstanın Milli İstiqamətləndirmə Mexanizminin müşaviri xanım Angeliki Serafeimi və həmin ölkənin Ombusman Aparatının nümayəndəsi Yiannis Butselisi təlim keçiblər.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48