Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) tərəfindən təlim keçirilib

27.03.2023

Martın 9-da və 10-da Bakıda Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) və Daxili İşlər Nazirliyi tərəfindən MİEUX+ layihəsi çərçivəsində “İnsan alverinə qarşı mübarizə sahəsində İnformasiya-Kommunikasiya Texnologiyalarının rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Araz Babayev, Ramil Kazımov, Söhrab Orucov, Vamiq Naməndzadə, Ruslan Əliyev və bir sıra qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.

Baş İdarənin şöbə rəisi Ramil Kazımov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəsi Məryəm İsmayılova, ICMPD-nin Azərbaycandakı rəhbəri Səltənət Məmmədova və layihənin koordinatoru Anna Melençuk çıxış edərək müzakirə olunan məsələnin əhəmiyyətini qeyd ediblər.
“İnsan alverinə qarşı mübarizə sahəsində İKT-nin rolu” mövzusunda Polşa Milli Polis Baş İdarəsinin İnsan alverinə qarşı mübarizə departamentinin müşaviri Yaroslav Konçik təlim keçib.
Tədbirin gedişində təcrübə mübadiləsi keçirilib, ölkəmizin nümayəndələri tərəfindən respublikada insan alverinə qarşı mübarizənin təşkili barədə iştirakçılara geniş məlumat verilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48