2022-ci ilin 13 yanvar tarixində ABŞ-ın ölkəmizdəki Səfirliyinin Nümayəndə heyəti DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa tanışlıq səfəri etmişlər

17.01.2022

2022-ci ilin 13 yanvar tarixində ABŞ-ın ölkəmizdəki Səfirliyinin Nümayəndə heyəti DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa tanışlıq səfəri etmişlər.
Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, şöbə rəisi, polis polkovniki Araz Babayev və Beynəlxalq Əməkdalıq İdarəsinin əməkdaşı polis leytenantı Samir Həsənli, qarşı tərəfdən Səfirliyin müvəqqəti işlər vəkili Maykl Dikerson, siyasi işlər üzrə mütəxəssis Kristin Sinq, tərcüməçi iştirak etmişdir.

Qonaqlar sığınacağın inzibati binası, fəaliyyətə başladığı tarix, fəaliyyət istiqamətləri və sığınacaqda fəaliyyət göstərən heyət, qurbanların saxlanılma şəraiti, qurbanlarla fərdi iş planına uyğun aparılan işlər və sənədlər barədə məlumatlandırılmışdır.

Cənab Maykl Dikerson qurbanların həyat şəraiti barədə əyani tanış olmuş, sığınacaqda onlara layiqli həyat şəraitinin yaradıldığı, xüsusi qayğı göstərildiyi, müvafiq sənədlərlə təmin edildikləri, təhsillərinin davam etdirilməsi üçün lazımi tədbirlərin görüldüyünün şahidi olmuş, məmnun qaldğını bildirməklə, ABŞ Dövlət Departamentinə bu barədə məruzə hazırlayacağını və növbəti yaymlanacaq hesabatda Azərbaycanın bir pillə irəliləyəcəyinə ümid olduğunu bildirdi.

Nümayəndə heyəti bu mühüm sаhədə ümumi işimizə böyük fаydа gətirən səmərəli əməkdаşlıq münаsibətimizə və görüşə görə minnətdarlığını bildirməklə Azərbaycan Hökuməti tərəfindən insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin təqdirəlayiq olduğunu qeyd etmişdir.
Görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48