2020-ci ilin 10-11 sentyabr tarixlərində BMT-nin İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupunun onlayn formatda 10-cu sessiyası keçirilmişdir

11.09.2020

2020-ci ilin 10-11 sentyabr tarixlərində Vyana şəhərində hibrid formatda keçirilmiş BMT-nin İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupunun 10-cu sessiyasında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak etmişdir.
Sessiyada həmçinin BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya”sı və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokol”un iştirakçısı olan dövlətlərin nümayəndələri iştirak etmişdir.
İclasda: insan alveri qurbanlarının istismar müddətində törətdikləri hüquq pozuntularına görə məsuliyyətdən azad olunmaları; insan alveri cinayətlərinə görə cinayət təqibinin xüsusiyyətləri, xüsusi müstəntiqlər və xüsusi prokurorlar tərəfindən aparılan cinayət təqibi məsələləri müzakirə edilmiş, sessiya iştirakçılarının təklifləri əsasında qeyd olunan 2 məsələ ilə bağlı BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya”sının icrasına dair tövsiyyə layihəsi hazırlanmış və müzakirə edilmiş son variant təsdiq edilməsi üçün BMT-nin Katibliyinə təqdim edilmişdir.
Sessiya iştirakçılarının təklifləri ilə hər iki məsələ ilə bağlı BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya”sının icrasına dair tövsiyə layihəsi hazırlanmış, müzakirə edilmiş son variant təsdiq edilməsi üçün BMT-nin Katibliyinə təqdim edilmişdir.
Onlayn görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48