DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən müəyyən edilmiş ekspert ilə görüş keçirilmişdir.

10.12.2018

2018-ci ilin 10 noyabr tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən cəlb edilmiş beynəlxalq ekspert Alina Braşoveanu ilə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi BMqT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2019-2023-cü illəri əhatə edəcək İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanması istiqamətində Azərbaycan hökumətinə dəstək vermək məqsədilə rəy və təkliflərin hazırlanmasıdır.

Xüsusən beynəlxalq eksperti maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmış, ümumilikdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş, yeni Milli Fəaliyyət Planı layihəsində yer alacaq tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirmişdir.

 

 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48