16 yanvar 2018-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

16.01.2018

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Samir Zeynalovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyətinin ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri David Burnstein və siyasi işlər üzrə mütəxəssisi Nigar Hüseynova ilə ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair və Əmək Departamentinin uşaq əməyinin ən pis formaları ilə əlaqədar hazırlanacaq  növbəti hesabatlarında nəzərə alınması üçün ölkədə görülən işlərin müzakirə edilməsi məqsədilə 2018-ci ilin 16 yanvar tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüşü keçirilmişdir.

Görüşdə insan alverinə qarşı mübarizə və uşaq əməyinin ən pis formalarının aradan qaldırılması sahəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 2017-ci ildə görülmüş işlər və ABŞ-ın adıçəkilən Departamentləri və onun ölkəmizdəki Səfirliyi ilə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti görüşə, aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirdi.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48