21.06.2017
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) insan alverinə qarşı mübarizəyə dair həyata keçirdiyi layihələrin səmərəliliyini və perspektivlərini müzakirə etmək məqsədilə BMqT-nin Vyana və Vaşinqton, habelə Azərbaycandakı Nümayəndəliyinin məsul şəxsləri ilə 21 iyun 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir.
Görüş zamanı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə hazırda həyata keçirilən “İnsan alveri ilə mübarizə” layihəsinin monitorinqi, həmçinin, BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə icrası başa çatmış “Boşluqların müəyyən edilməsi və ehtiyacların qiymətləndirilməsi: Cənubi Qafqaz ölkələrində insan alverinə qarşı mübarizə sahəsində göstərilən səylərin müqayisəli təhlili” layihəsinin yekun qiymətləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Eyni zamanda qonaqlar ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumatlandırılmış, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanmış və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmış, bütün suallar ətraflı cavablandırılmışdır.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48