10.02.2017
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yeni rəisi, polis polkovniki Heydər Heydərov ilə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprakın başçılıq etdiyi yeni heyətin tanışlığı və birgə əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə 10 fevral 2017-ci il tarixdə Baş İdarədə görüş keçirilmişdir.
Görüşdə ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə qonaqlar məlumatlandırılmış, beynəlxalq tövsiyələrin yerinə yetirilməsinin əhəmiyyəti vurğulanmış və qarşılıqlı əməkdaşlıq perspektivləri səmimi və işgüzar şəraitdə müzakirə olunmuşdur.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48