Qazaxıstan Respublikasının Almatı şəhərində təlim keçirilib

28.12.2023

2023-cü ilin 13-14 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində "Texnologiyadan istifadə etməklə törədilən insan alverinə qarşı cinayət hüquqi tədbirlər" mövzusunda təşkil edilmiş təlimdə Azərbaycan Respublikasından DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə və Baş Prokurorluğunun idarə prokuroru Fikrət Mahmudov iştirak etmişlər.

Təlim zamanı "İnternet platformaları insan alverini necə asanlaşdırır" mövzusunda Hollandiya və İrlandiyanı təmsil edən təlimçilər, "İnternet platformalarında reklam edilən insan alveri qurbanlarının fəal şəkildə müəyyən edilməsi və işlərin araşdırılması. ATƏT-in iştirakçı dövlətlərindən nümunələr" mövzusunda ABŞ və Kanadanı təmsil edən təlimçilər, "ATƏT regionunda insan alveri riski yüksək olan internet platformalarının xəritələşdirilməsi" mövzusunda ATƏT-in proqram meneceri, "Rəqəmsal aldatma" mövzusunda Rumıniyanı təmsil edən təlimçi tərəfindən təlimlər keçirilmiş, iştirakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48