Görülən işlər müzakirə olunub

05.10.2022

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin (BMqT) təşkilatçılığı ilə oktyabrın 4-də “Hyatt Regency Baku” otelində Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın aralıq icmal toplantısı keçirilib.

Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti, müxtəlif dövlət qurumları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Maykl Nehrbass, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, ABŞ-ın Ölkəmizdəki Səfirliyinin siyasi müşaviri Brett Dvorak iştirak edib.

Dəyirmi masada İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov açılış nitqi ilə çıxış edərək Daxili İşlər Nazirliyinin rəhbərliyinin adından qonaqları salamlayıb, dəvətə və səmimi əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra insan alverinin qarşısının alınması, insan alveri qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların müdafiəsi, qurbanlara yardım və reinteqrasiya məsələləri üzrə əldə olunan uğurlar, çətinliklər və növbəti iki il üçün perspektivlər barədə Baş idarənin, dövlət qurumları, Ombudsman Aparatı və vətəndaş cəmiyyəti nümayəndələri çıxış ediblər.
Səmimi və işgüzar şəraitdə keçirilən görüşdə qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48