Aktual mövzuya həsr olunmuş videokonfrans keçirilib

05.08.2022

Avqustun 4-də Beynəlxalq Əmək Təşkilatının “Məcburi əməyin ləğv edilməsi haqqında” Konvensiyasının icrası ilə bağlı məsələlərin texniki müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.

Videokonfransda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Samir Qarayev, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin İdarə rəisinin müavini, polis polkovniki Vüqar Tağıyev iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun moderatorluğu ilə keçirilən videokonfransda Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Miranda Fayerman, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Ali Məhkəmə, Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının nümayəndələri də qatılıblar.

Konfransı giriş sözü ilə açan nazir müavini A.Kərimov təqdimat üçün sözü Miranda Fayermana verib. M.Fayerman məcburi əmək halları ilə bağlı beynəlxalq təşkilatın mövqeyi barədə təqdimatlar edib.

Şöbə rəisi Samir Qarayev öz çıxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan islah işləri barədə məlumat verib.

DİN-in İnsan Alverinə qarşı
Mübarizə Baş İdarəsi

“05” avqust 2022-ci il


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48