Nümayəndə heyətimiz Özbəkistana səfər edib

05.08.2022

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə “İnsan Alverinə qarşı Mübarizə Fəaliyyəti” layihəsi çərçivəsində qurumlararası koordinasiya modelləri təcrübəsini öyrənmək məqsədi ilə daha bir təşəbbüs gerçəkləşib. DİN-in İnsan Alverinə qarı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Samir Qarayev, Baş İdarənin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nizami Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Sara Ağayeva, qeyri-hökumət təşkilatlarının sədrləri – Mehriban Zeynalova, Kəmalə Ağazadə, Kübra Ələkbərova, Südabə Məmmədova və Günel Əliyeva iyulun 27-dən avqustun 4-dək Özbəkistan Respublikasında səfərdə olublar.

Təcrübə mübadiləsi məqsədi daşıyan səfər zamanı təmsilçilərimiz Daşkənd və Buxara şəhərlərində Beynəlxalq Miqrasiya Təşkilatının Özbəkistan nümayəndəliyində, bu ölkənin İnsan Hüquqları üzrə Milli Mərkəzində, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində, İnsan alveri qurbanları üçün Reabilitasiya Mərkəzində, “Məşqulluğa salam” adlı Monomərkəzdə, “Xöşbəxt Övlad” Sosial İnformasiya Mərkəzində, UNİCEF-in nümayəndəliyində, həmçinin “Bərqərar Həyat”, “Nihal”, “Aydın işıq” qeyri hökumət təşkilatlarında görüşlər keçirilib, Özbəkistan təcrübəsi öyrənilmiş, zəruri qeydiyyatlar aparılmışdır.


DİN-in İnsan Alverinə qarşı
Mübarizə Baş İdarəsi


“05” avqust 2022-ci il


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48