ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə Üzrə Koordinatoru və Xüsusi Əlaqələndiricisinin Ofisi tərəfindən 21 iyul 2022-ci il tarixdə onlayn formatda “insan alverinə qarşı mübarizədə gender məsələlərinə həssas yanaşmanın tətbiq edilməsi” mövzusunda 6-cı iclas keçirilmişdir.

21.07.2022

ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə Üzrə Koordinatoru və Xüsusi Əlaqələndiricisinin Ofisi tərəfindən 21 iyul 2022-ci il tarixdə onlayn formatda “insan alverinə qarşı mübarizədə gender məsələlərinə həssas yanaşmanın tətbiq edilməsi” mövzusunda keçirilən 6-cı iclasda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev iştirak etmişdir.

İclasda eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Novruz Kərimov, Faiq Qəniyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Sara Ağayeva iştirak etmişlər.
Ukrayna, Estoniya, Latviya, Polşa, Slovakiya və Çex Respublikasının nümayəndələrinin iştirak etdiyi iclasın açılışında Baş İdarənin şöbə rəisi Samir Qarayev çıxış edərək Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində aparılan fəaliyyətin bütün istiqamətlərində gender bərabərliyinin təmin edildiyini və gender xüsusiyyətlərinin nəzərə alındığını bildirmiş, panel müzakirələr zamanı xüsusi polis qurumu tərəfindən aparılan cinayət təqibinin xüsusiyyətləri, müsbət dinamikalar, əldə edilmiş nailiyyətlər barədə təcrübəni iclas iştirakçıları ilə bölüşmüşdür.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48