26.04.2023
Bu yaxınlarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən Дямир Йолу və Metropoliten üzrə, Emal Sənayesi üzrə, Turizm və Sosial Xidmətlər üzrə, Texnika və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzlərinin müəllim və tələbələrinə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə mindən artıq tələbə və müəllim iştirak edib, onlara insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.
Keçirilmiş təlim iştirakçıların xüsusi marağına səbəb olmuş, mövzular ətrafında verilmiş çoxsaylı suallar cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48