Regionlarda maarifləndirmə tədbiri keçirilib

10.05.2024

5 və 6 may 2024-cü il tarixlərində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı və İnsan Alverinə qarşı QHT Koalisiyasının nümayəndələri tərəfindən Siyəzən və Quba şəhərlərində fəaliyyət göstərən internat və internat tipli təhsil müəssisələrinin müəllim və şağirdlərinə “İnsan alverinə qarşı mübarizə” adlı marifləndirmə mövzusu təşkil edilmişdir.
Tədbirdə Baş İdarənin əməkdaşı İbrahim Əhmədov və “Quba Regional Resurs və Təlim Mərkəzi” İB-nin sədri Eynulla Xeyrullayev insan alverinə qarşı mübarizəyə dair maarifləndirici çıxışlar etmişlər.
Maarifləndirmədə təhsil müəssəsinin 150-yə yaxın şagird və müəllim kollektivi iştirak etmiş, “insan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilmiş, müzakirələr aparılmış, yaranmış suallar ətraflı cavablarlandırılmışdır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48