Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Baş səhifə » İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ FƏALİYYƏTİ » İnsan alverinin qarşısının alınması

İNSAN ALVERİNİN QARŞISININ ALINMASI

 

İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.

İnsan alverinin profilaktikası üzrə tədbirlər sisteminə aşağıdakılar daxildir:

İnsan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların aparılması;

İnsan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi;

Qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi;

İnsan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi;

İnsan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi;

İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması;

Uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sisteminin yaradılması və ondan səmərəli istifadə edilməsi;

Təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi;

Təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi;

İnsan alverinə qarşı mübarizəni həyata keçirən orqanların əməkdaşları üçün xüsusi tədris kurslarının təşkil edilməsi.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” nda insan alverinin qarşısının alınması aşağıdakı tədbirlər sistemi çərçivəsində öz əksini tapmışdır:

 

4.2. İnsan alverinin qarşısının alınması (profilaktikası)

4.2.1.

İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə tədris-metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması

Daxili İşlər Nazirliyi,

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Səhiyyə Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Dövlət Miqrasiya Xidməti,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,

Dövlət Turizm Agentliyi,

Milli Televiziya və Radio Şurası [1]

mütəmadi

4.2.2.

Azərbaycan Respublikasında insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əməklə mübarizədə görülən işlər, uşaqların insan alverinə məruz qalması riskləri və digər əlaqədar istiqamətlərdə elmi və sosial tədqiqatlar aparılması, bu sahədə fəaliyyətə dövlət dəstəyinin təmin olunması

Daxili İşlər Nazirliyi,digər aidiyyəti dövlət orqanlarını, Azərbaycan Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini və ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2020─2024

4.2.3.

İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə inzibati, təhsil, sosial, mədəni və digər sahələrdə müvafiq tədbirlər görülməsi, bu işə vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Daxili İşlər Nazirliyi,

Təhsil Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,

Mədəniyyət Nazirliyi,

Milli Televiziya və Radio Şurası,

digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.2.4.

Qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit kimi istifadə edilməsinin, insan alverinin bütün formalarının qarşısının alınması işinin daha da gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsi, insan alveri qurbanlarının və potensial qurbanların müəyyən edilməsi məqsədilə birgə fəaliyyətin və monitorinqlərin davam etdirilməsi

Dövlət Miqrasiya Xidməti,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Daxili İşlər Nazirliyi,

digər aidiyyəti dövlət orqanları

ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.2.5.

İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.2.6.

Kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının mütəmadi monitorinqini aparmaqla, insan alverinin bütün formaları ilə bağlı ola bilən şübhəli halların mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlər görülməsi

Daxili İşlər Nazirliyi,

Dövlət Təhlükəsizliyi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

mütəmadi

4.2.7.

İnternet informasiya ehtiyatlarında uşaq pornoqrafiyasının yayılmasının, habelə uşaqların cinsi istismarının onlayn yayımlanması hallarının qarşısının alınması, respublikada belə internet informasiya ehtiyatlarına çıxışın qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsi

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,

digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.2.8.

İnsan alverinə qarşı mübarizədə, xüsusən insan alverinin qurbanı olmuş şəxslərin müdafiəsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin davam etdirilməsi və bununla bağlı məlumatların aidiyyəti dövlət orqanlarına təqdim olunması

Xarici İşlər Nazirliyi,

Daxili İşlər Nazirliyi

mütəmadi

4.2.9.

İnsan alverinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrdə həbs olunan, xarici ölkə hüdudlarından kənara çıxarılan, insan alverinin qurbanı olan (insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) Azərbaycan Respublikası vətəndaşları barədə müvafiq məlumatların əldə olunması və konfidensiallıq qorunmaqla xüsusi polis qurumuna təqdim edilməsi

Xarici İşlər Nazirliyi,

Dövlət Miqrasiya Xidməti

2020─2024

4.2.10.

Respublika ərazisində turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlər hazırlanması

Daxili İşlər Nazirliyi,

Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti,

Dövlət Turizm Agentliyi

2021─2022

4.2.11

Ölkə ərazisində məcburi əmək hallarının aşkara çıxarılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, onların məcburi əmək hallarını aşkar etmək bacarıqlarının inkişaf etdirilməsi, aşkar edilmiş hallar üzrə məlumatların aidiyyəti üzrə təqdim edilməsi səlahiyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2020─2021

 

Geriyə