Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib

02.05.2024

30 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün "İnsan alverinin və məcburi əməyin qurbanı olan şəxslərin, o cümlədən miqrantların müəyyən edilməsi, onların müdafiəsi, bu növ işlərin araşdırılması və baxılması zamanı məsələyə daha çox qurbanın müdafiəsi baxımından yanaşılması" mövzusu üzrə təlim keçirilib.Təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Vamiq Naməndzadə təlimçi qismində iştirak edib. O, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, miqrantların gələcəkdə insan alverinin qurbanına çevrilməsi riskləri" mövzularını tədris edib.Keçirilmiş təlim dinləyicilərin xüsusi marağına səbəb olub və mövzular ətrafında miqrasiya xidmətinin əməkdaşları tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48