Silsilə maarifləndirmə tədbirləri davam etdirilir

26.04.2024

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı və İnsan Alverinə qarşı QHT Koalisiyasının nümayəndələri tərəfindən respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən internat və internat tipli təhsil müəssisələrinin müəllim və şağirdlərinin “İnsan alverinə qarşı mübarizə” adlı marifləndirmə mövzusunda 19 aprel 2024-cü il tarixdə “Sağlamlıq imkanı məhdud uşaqlar üçün” 3 №-li Respublika xüsusi internat məktəbinin müəllim və şagirdləri ilə keçirilən tədbirdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Əsədov və “XXI Əsrin Qadınları” İB-nin sədri Mahirə Əmirhüseynova iştirak etmişdir.

Tədbirdə təhsil müəssəsinin 150-yə yaxın şagird və müəllim kollektivi iştirak etmiş, onlara “insan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilmiş, müzakirələr aparılmış, yaranmış suallara ətraflı cavablar verilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48