DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində marifləndirmə tədbirləri keçirilib

09.10.2026

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Ağcabədi, Bərdə və Ağdam rayonlarında yerləşən təhsil müəssisələrində “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda marifləndirmə tədbirləri keçirilib.
N.Allahverdiyev adına Ağcabədi Peşə Məktəbində, Bərdə və Ağdam Dövlət Peşə Təhsil mərkəzlərində baş tutan tədbirlərdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirakçılara insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, insan alverinin doğurduğu təhlükələr və bu cinayətdən qorunmaq mövzularında ətraflı məlumat veriblər.
Tədbirlərdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü R.Qafarova da iştirak edib.
Sonda mövzu üzrə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48