Masallı Peşə Liseyində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

11.06.2026

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosasiyası İctimai Birliyinin təşkilatçılığı ilə iyunun 11-də Masallı Peşə Liseyində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı iştirakçılara insan alveri probleminin mahiyyəti, insan alverinin formaları, insan alveri qurbanlarının müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və dəstək, eləcə də “152 - Qaynar xətt”i haqqında geniş məlumat verib.

Sonda mövzu üzrə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48