“İnsan alverinə qarşı mübarizə” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib

19.06.2026

İyunun 18-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisat Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

“Qaranlıqdan İşığa” adlı tədbirdə çıxış edən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri M.Əmirhüseynova iştirakçılara “İnsan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48